"Qarşıdakı bir ayda hazırlaşıb liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik" - "Sərhədçi"nin türkiyəli baş məşqçisi

“Naxçıvan”a qarşı oyunun çətin olacağını bilirdik. Rəqib komanda bizdən daha əvvəl toplandı. Ötən mövsüm də heyətdə oynamış 2 basketbolçunu saxladıqları üçün sistemi rahat qura bildi".

Presssport.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının III turunda, A qrupunda "Naxçıvan"la keçirilən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Türkiyəli mütəxəssis müdafiədə bəsit səhvlərə yol verdiklərini vurğulayıb: "Əslində, oyuna çox yaxşı başladıq. Amma müdafiədə bəsit səhvlər etdik. Hücumlar zamanı oyunçu yerdəyişmələrində ciddi xətalara yol verdik. Rəqib də bundan istifadə edib 3 xallıq atışlarla önə keçdi. Yaxşı müdafiə olunmamaq səbəbindən hücum və müdafiə intizamını qoruya bilmədik".

Alkaya qarşıdakı aylarda çempionatın ən yaxşı komandalarından birinə çevriləcəklərini söyləyib:

"Lazımi oyunçu dəyişikliklərindən sonra daha yaxşı oynayacağıq. Oyunçularımızın üst səviyyəyə çatacağına inanıram. Yeni aldığımız basketbolçu da iki gündür burdadı və uyğunlaşma prosesini hələ keçə bilməyib. Qarşıdakı bir ayda hazırlaşıb liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik. Komanda olmaq elə də asan deyil. 10-12 basketbolçu bir yerə gəlib eyni şeyləri etməyə çalışır. Bunu qurmaq üçün də zaman lazımdır. Dediyim kimi, bir neçə oyunçu dəyişikliyi ilə komandanı yaxşı səviyyəyə çıxaracağıq. Çatışmazlıqları yaxşı gördük”.

Qeyd edək ki, komandalar arasında "Sərhədçi" İdman Mərkəzində baş tutan görüşdə "Naxçıvan" 83:66 hesabı ilə qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC