Siyasət Əsgərovun 0:4-ə şərhi: "Belə penaltini necə vermək olar?"

“Portuqaliya ilə oyunlar komandamıza böyük təcrübə qatdı. C Liqasındakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq ki, yenidən B Liqasına qayıdaq.Getdikcə daha təcrübəli komanda olacağıq”.

Presssport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Portuqaliyaya 0:4 hesabı ilə uduzduqları Avropa çempionatının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

Mütəxəssis qarşılaşmanın çətin keçdiyini söyləyib: "Çünki rəqib çox keyfiyyətli komanda idi. Üstəlik, öz meydanlarında çıxış edirdilər. Biz isə Bakıdakı görüşdən sonra səhvlərimizin üzərində çalışmışdıq. Budəfəki matça yüksək səviyyədə hazırlaşmışdıq. İlk dəqiqələri yaxşı keçirdik. Lakin Portuqaliya kimi komandalar səhvdən maksimum yararlanmağı bacarırlar. Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik. Peritan Bozdağın 71-ci dəqiqədə qırmızı vərəqə alması da komandamıza mənfi təsir etdi. Ondan sonra futbolçularımız daha çox qaçmaq məcburiyyətində qaldılar. Belədə səhvlər qaçılmaz olur".

Əsgərov Portuqaliya yığmasının üçüncü qolu vurduğu epizodda hakimin səhv qərar verdiyini vurğulayıb: "Belə penaltini necə vermək olar? 3 qol buraxdıqdan sonra komandada istər-istəməz eniş yaranır. Düzdür, Portuqaliya ilk matçda da 4 qol vurmuşdu. Evdə heç olmasa qol vurmuşduq. Təəssüf ki, cavab görüşündə bunu reallaşdıra bilmədik. Nəticəyə görə təəssüflənirik. Bundan sonra önümüzə baxmalıyıq.  Getdikcə daha təcrübəli komanda olacağıq”.

Xatırladaq ki, Bakıda keçirilən ilk matçda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC