Azərbaycanın qadın güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını medalsız başa vurub.
Presssport.az xəbər verir ki, Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) təsəlliverici görüşdə məğlub olub.
Bu gün sərbəst güləşçilərimiz də mübarizəyə start verib. Dünya çempionatı dekabrın 31-də başa çatacaq.
Xatırladaq ki, dünən yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Yığmamız komanda hesabında 1-ci yeri tutub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC