Azərbaycan Kubokunda bu gün keçiriləcək daha iki qarşılaşmadan sonra 1/8 finalın son iştirakçıları müəyyənləşəcək.
Presssport.az xəbər verir ki, "İmişli" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Cəbrayıl"ı qəbul edəcək. Qalib komanda 1/8 finalda "Kəpəz"lə görüşəcək.
"Qəbələ" isə doğma meydanda "Baku Sportinq"lə üz-üzə gələcək. Bu cütün qalibi 1/8 finalda "Qarabağ"a rəqib olacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
31 oktyabr
14:00. “İmişli” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Qəbələ” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
Bu raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" "Dinamo"nu (6:0), "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Difai" "Şəfa"nı (3:2), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib.
Xatırladaq ki, 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC