Azərbaycanın qadın ağırlıqqaldıranı Rahilə Hüseynzadə (81 kq) Polşanın Raşin şəhərində keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində iştirak edib.
Presssport.az xəbər verir ki, qitəmiqyaslı yarışda Azərbaycanın yeganə qadın təmsilçisi birdən qaldırma hərəkətində 85 kq, təkanla qaldırmada isə 107 kq nəticə gostərib.
Rahilə toplamda 192 kq (85+107) göstərici ilə yarışı 8-ci yerdə başa vurub.
Xatırladaq ki, yarış noyabrın 4-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC