Maşallah, “Turan Tovuz” baş məşqçi postuna gətirdiyi 3-4 ayda bir sıra ilklərə imza atılıb. Əvvəla, tovuzlular ilk dəfə turnir cədvəlində vahid lider olub. Özü də bir tur yox. Komanda səfətdə ilk dəfə 1 oyunda 4 qol vurdu, ölkə kuboku tarixində ən böyükhesablı qələbəsini qazandı və s.
“Turan Tovuz” Premyer Liqada çıxış etdiyi 3-cü mövsümdə ilk dəfə futbolçusu, daha doğrusu, futbolçuları əsas yığmaya dəvət olundu - Şəhriyar Əliyevlə Xəyal Nəcəfov. “Şako”ya i tarixi debütü reallaşdırılmaq da nəsib oldu. Bu, Slovakiya yığması ilə səfər matçının 2-ci hissəsində meydana çıxmaqla reallaşdı.
Ən nəhayət, 2-ci pillədə olan “Turan Tovuz” tarixində ilk dəfə “Qarabağ”ı, hazırkı lideri məhz Berdıyevlə məğlub etdi. Misli Premyer Liqasında cari mövsümün ilk dövrəsində "Azərsun Arena"dakı görüşdə tovuzlular bir penaltini də qaçıraraq 1:0 hesabı ilə qalib gəlmişdi.
Bugünsə Qurban Qurbanovun komandası Tovuzda oyuna çıxacaq və növbəti ilkin imza atılıb-atılmayacağı maraq doğurur. Bəli, “Qarabağ” “Turan Tovuz”a onun meydanında uduzmayıb, əksər vaxt qələbə qazanaraq yalnız 1 dəfə xal itirib - 2:2. Yeri gəlmişkən, ağdamılar “Kəpəz”ə də rəqiblərini qəbul etdiyi Tovuzda məğlub olmayıb.
Onu da bildirək ki, Berdıyev vaxtilə çalışdırdığı Qazaxıstan “Kayrat”ıyla Qurbanovlu “Qarabağ”a avrokuboklarda uduzmuşdu. Qurbanov isə futbolçu karyerasınnın yaxşı dövrlərindən biri Tovuzda keçirərək ilk çempionluğunu burda - 20 il əvvəl “Turan”la qazanıb. 52 yaşlı mütəxəssis Premyer Liqamızda ən çox - 10 dəfə çempion olan baş məşqçidirsə, milliyyətcə türkmən olan rusiyalı həmkarı ən yaşlı (72 yaş) çalışdırıcıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC