Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qalib müəyyənləşib.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Azərreyl" və “Xilasedici” görüşüb.
Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.
Bu yerdə bildirək ki, "Azərreyl" yarımfinalda "Murov Az Terminal”ı, “Xilasedici” isə "Neftçi"ni üstələmişdi.
Qadınlar arasında Azərbaycan Kubokunun sahibi bu gün baş tutacaq “Gəncə” və “Abşeron”un final görüşündən sonra bəlli olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC