Futzal üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Presssport.az xəbər verir ki, Vitali Borisovun komandası Zeniça şəhərində Bosniya və Herseqovinanın qonağı olub.
Oyunda hesab birinci hissənin başa çatmasına 2 saniyə qalmış açılıb. Jeliç komandasına üstünlük qazandırıb.
Meydan sahibləri ikinci hissədə daha fəal olaraq darmadağına imza atıb.
Beynəlxalq yoldaşlıq oyunu
Bosniya və Herseqovina - Azərbaycan - 7:0
Qollar: Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37
Hakimlər: Farik Keço, Vedran Marçinko, Nikola Tadiç
Zeniça. Huseyn Smayloviç adına Arena
Bu komandalar arasında növbəti oyun noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC