Bu gün keçirilən Bosniya və Herseqovina - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Vitali Borisovun azfutzal.az-a açıqlama verib.
Presssport.az xəbər verir ki, mütəxəssis komandasının 0:7 hesablı məğlubiyyətini belə şərh edib: “Çox pis oynadıq. Birinci hissədə müqavimət göstərdik, mümkün qədər mübarizə apardıq. Təəssüf ki, fasiləyə 2 saniyə qalmış qol buraxdıq. Halbuki bizim də epizodumuz oldu. İkinci hissədə isə ardıcıl qollar buraxdıqdan sonra uşaqlar ruhdan düşdü. Bu görüşün ən yaxşısı qapıçımız Emin Kürdov oldu. Ona “çox sağ ol” düşür. Əlindən gələ qədər köməklik etdi”.
Borisov vurğulayıb ki, milli komandamız belə oyunla nəyəsə nail ola bilməz: “İşimiz çoxdur. Belə oyunla heç nəyə nail ola bilmərik. Düzdür, milli çempionat yeni başlayıb, amma əsas çatışmazlıq beynəlxalq oyun təcrübəsinin azlığıdır. Bu baxımdan “Araz-Naxçıvan”ın üzvləri və milliyə bir müddətdir dəvət olunan futzalçılar nisbətən seçilirlər. Oyunu təhlil edəcəyik. Sabah daha yaxşı oynamalıyıq. Rəqibimiz atletik cəhətdən seçilir. Topla da yaxşı oynayırlar”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC