19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına təyinatlar bəlli olub.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın noyabrın 13-də İslandiyaya qarşı matçını Şotlandiyadan olan Devid Dikinson idarə edəcək.
Üç gün sonra İrlandiya ilə görüşdə Miloş Milanoviç, noyabrın 19-da Moldova ilə qarşılaşmada yenidən Dikinson ədaləti qoruyacaq.
Avropa çempionatının seçmə mərhələsi
VII qrup
13 noyabr
14:00. Azərbaycan - İslandiya
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
"Zimbru-2" stadionu.
16 noyabr
14:00. İrlandiya - Azərbaycan
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
"Zimbru-2" stadionu.
19 noyabr
15:00. Moldova - Azərbaycan
Baş hakim: Devid Dikinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferqyuson (Şotlandiya), Lukaş Matuşek (Çexiya).
Dördüncü hakim: Yan Petrik (Çexiya).
"Zimbru" stadionu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC