Türkiyə millisinin və "Benfika"nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
Presssport.az xəbər verir ki, bu barədə Portuqaliya Liqasının mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu 5 matçda 5 qol vurub və 2 assist edib və bununla da o, son 2 ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
Cari mövsümün əvvəli "Qalatasaray"ı "Benfika"ya dəyişən Aktürkoğlu Çempionlar Liqasında da 3 dəfə rəqib komandaların qapılarına yol tapmağı bacarıb.
Keremin transfer dəyəri 18 milyon avrodu. Onun "Benfika" ilə müqaviləsi 2029-cu ilə qədərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC