"İlk oyunla müqayisədə yaxşılığa doğru çox böyük vardı" - Borisovun 1:5-ə şərhi

Bosniya və Herseqovina – Azərbaycan oyunundan sonra futzal yığmamızın baş məşqçisi Vitali Borisovun azfutzal.az-a açıqlama verib.
Presssport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis ilk oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq olduğunu söyləyib: "Bu gün uşaqlar çox hərəkət etdi, demək olar, meydanın hər yerində var idilər. Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi 1-dən istifadə edə bildik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu. İlk oyunda rəqib qapıçısı 5-ci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik. 1-i cərimə, 2-si isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik. Uşaqlara təşəkkür edirəm. İlk məğlubiyyətdən sonra toparlanmağı bacardılar. Meydanda oyun elementləri var idi, dediklərimi yerinə yetirməyə çalışırdılar və bu, alınırdı”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC