"Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir".
Presssport.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Avropa kubokunun qrup mərhələsində "Marussi"yə səfərdəki məğlubiyyəti şərh edərək, oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdiyini söyləyib: "Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb. Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu, əsas problemdi. Səhvlərimiz də oldu. FİBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidi. Aqressiv, sürətli oyun üslubuna üstünlük veririk. Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdi”.
Xatırladaq ki, "Marussi"yə səfərdə 71:82 hesabı ilə uduzan Azərbaycan çempionu qrupdakı bütün görüşlərini məğlub başa vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC