Naxçıvan şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı veloyürüş keçirilib.
Presssport.az xəbər verir ki, yarış Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkından start götürüb.
Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar ümumilikdə 7400 metr məsafə qət edib. Oğlan (kişi) və qız (qadın) velosipedçilər arasında ilk üç yerin sahibləri, eləcə də ən yaşlı və ən azyaşlı iştirakçılar diplom, medal və hədiyyələrlə təltif olunub. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov təqdim edib.
Veloyürüşün nəticələrinə əsasən Elvin Mikayılzadə oğlanlar, Bahar Hüseynova isə qızlar arasında 1-ci olub. Ramil Allahverdiyev ən yaşlı, Ceyhun Məmmədov isə ən azyaşlı iştirakçı kimi mükafatlandırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC