Slovakiya millisinin kapitanı Marek Hamşik UEFA Mİllətlər Liqasının püşkatmasını dəyərləndirib.
Presssport.az xəbər verir ki, yaxşı qarupa düşdüklərini qeyd edən 36 yaşlı yarımmüdafiəçi italiyalı baş məşqçisi Françesko Kaltsona kimi 2022-ci ildə UEFA Millətlər Liqasında milli komandamıza evdə uduzduqları oyunu (1:2) unutmadıqlarını vurğulayıb: "Millətlər Liqasının əvvəlki mövsümündən Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var. Fikrimcə, İsveç hazırda Rumıniyadan çətin rəqibdi. Onların oyun üslubu bizə yaxındı. Çətin olacaq. Püşkatma bizim üçün bundan pis və ya yaxşı ola bilərdi. Bu, mütləq çıxa biləcəyiniz bir qrupdu. Estoniya qrupun autsayderi olacaq”.
Xatırladaq ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC