FİFA və UEFA Rusiya Futbol İttifaqı ilə bağlı yeni qərar qəbul edib.
Presssport.az xəbər verir ki, adıçəkiləm qurumlar Rusiyanın bütün yaş qrupları üzrə milli komandalarının və klubların beynəlxalq turnirdə iştirak etməsinə qoyulan qadağanı davam etdirmək qərarına gəlib.
Bu barədə "Matc TV" məlumat yayıb.
FİFA və UEFA-nın qadağanı davam etdirməsi o deməkdir ki, Rusiya millisi DÇ-2026-nın seçmə mərhələsinə, klubları isə yeni mövsümdə avrokuboklara buraxılmayacaq.
Xatırladaq ki, Rusiyanın Ukraynaya silahlı müdaxilə etməsi səbəbindən bu ölkənin komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlardan uzaqlaşdırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC