Mahir Emreli 0:6-dan sonra yanlış ifadə işlətməkdən qorxduğunu etiraf edib: “Komanda uduza bilər, lakin baxır necə”

“Komanda uduza bilər, lakin baxır necə”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

“Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura bildik, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm”.

Qeyd edək ki, “Stroberri Arena”da baş tutan C Liqasının matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesabı ilə uduzub (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC