Elgiz Abbasov: "Bu, həm PFL, həm də "CBC Sport" üçün vacib hadisədi"

Premyer Liqanın növbəti turu da 3 gün ərzində keçiriləcək. 

Presssport.az xəbər verir ki, XXII turda əsas diqəqtçəkən məqam son oyun günündə 2 yox, 3 matçın keçirilməsidi. 

Belə ki, fevralın 13-də "Turan" Tovuz" - “Qəbələ” matçı saat 15:00-da, “Zirə” - “Sumqayıt” görüşü saat 17:15-də, "Araz-Naxçıvan" - "Neftçi" oyunu saat 19:30-da başlayacaq. 

İlk dəfə olacaq belə sıx qrafikdə hər 3 oyun “CBC Sport”la canlı yayımlanacaq.

Bu hadqa saytımıza danışan PFL-in idman-idman direktoru Elgiz Abbasov bildiirb ki, bu, həm Peşəkar Futbol Liqası, həm də adıçəkilən telekanal üçün vacib hadisədi: "Eyni zamanda, bir gündə 3 VAR iş başında olacaq. Yəni, ənənəvi olaraq 1 gündə 2 oyun yox, 3 oyun keçirəcəyik. Növbəti turlardan isə 1 gündə maksimum 2 oyun praktikasına qayıdacağıq". 

Maraqlıdı, bu, hansı zərurətdən yarandı? PFL bu variantı da sınamağı məqsədəuyğun sayıb? Abbasovu dinləyək: “Həm də klublara kubokdan sonra eyni istirahət və oyun balansı verilməsi baxımından əlverişli vəziyyət yarandı”.

Xatırladaq ki, tura sabah 19:00-da “Qarabağ” - “Sabah” görüşüylə start veriləcək. Bundan 1 gün sonra saat 15:00-da Qəbələ şəhər stadionunda “Kəpəz” - “Səbail” görüşü baş tutacaq. 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC