Avropa çempionatı: Millimiz qrupdakı sonuncu matçında da uduzub

Bu gün Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində sonuncu oyununu keçirib.

Presssport.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan Həbib Ağayevin komandası Monteneqro yığması ilə üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.

Xatırladaq k ki, milli daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC