Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi şəxsləri Avropa Olimpiya Komitələrinin (AOK) 54-cü Baş Assambleyasında iştirak edirlər.
Presssport.az xəbər verir ki, bu haqda MOK-un mətbuat xidməti məlumat yayıb.
Almaniyanın Frankfurt şəhərində keçirillən tədbirə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov qatılıb.
Toplantıda Milano-Kortina 2026 Qış Olimpiya Oyunları, İstanbul 2027 Avropa Oyunları və AOK-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədi.
Bundan əlavə, “Ən yaxşı avropalı gənc atlet” üçün “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı təqdim ediləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC