Ponomaryova "65 nömrə"li “Sabah” formasını bağışladılar

“Sabah”ın idman direktoru, Azərbaycan futbolunun tanınmış siması İqor Ponomaryovun yubileyidir.

Presssport.az xəbər verir ki, bu münasibətlə təcrübəli mütəxəssisə rəmzi – “65 nömrə”li “Sabah” forması verilib.

Formanı Ponomaryova “Sabah"ın prezidenti Maqsud Adıgözəlov təqdim edib.

Ponomaryov futbolçu karyerası ərzində SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatının gümüş (1979), Avropa çempionatının qızıl (1980), medallarını qazanıb.

1988-ci ildə SSRİ yığmasının heyətində Olimpiya çempionu olan Ponomaryov, buna nail olmuş yeganə azərbaycanlı futbolçudu.

O, ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirərək, SSRİ çempionatında rekord göstəriciyə imza atıb.

SSRİ çempionatında “Neftçi” və MOİK-də (Moskva, Rusiya) çıxış etmiş keçmiş yarımmüdafiəçi yüksək liqanın 100 ən yaxşı bombardiri siyahısına daxil olub. O, 2000-01-ci ildə milli komandamızın baş məşqçisi olub.

Ponomaryov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC