"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Macarıstana yollanacaq.
Hacıyev bu barədə Presssport.az-a açıqlama verərək, klubunun təmsilçisi olaraq Budapeştdə keçiriləcək "Commercial Excellence Summit 2025"də iştirak edəcəyini diqqətə çatdırıb: "Bu beynəlxalq tədbir idman və biznes dünyasının aparıcı liderlərini bir araya gətirən, yeni işgüzar əlaqələr yaratmaq və müzakirələr üçün mükəmməl bir platformadı. Sammit çərçivəsində keçiriləcək sessiyada "Qarabağ"ın mobil tətbiqindən və rəqəmsal strategiyalarımızdan danışacam. Klubumuzun azarkeşlərə daha yaxın olması, interaktivliyi artırması, həmçinin müasir texnologiyaları effektli şəkildə tətbiq etməsi istiqamətində atdığı addımlar və planlar əsas müzakirə mövzusu olacaq. Bildiyiniz kimi, "Qarabağ"ın klub tətbiqi bu istiqamətdə atılan addımdır və artıq geniş istifadəçi bazasına malikdir. Tədbirdə fərqli ölkələrdən gələn mütəxəssislərlə fikir mübadiləsi aparmaq və idman sektorunun gələcək inkişafını formalaşdıran trendləri müzakirə etmək imkanı yaranacaq".
Onu da bildirək ki, sammit martın 19-da Budapeştdə, "Ferentsvaroş" klubunun və Macarıstan millisinin ev oyunlarını keçirdiyi "Groupama Arena"da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC