Rövşən Nəcəf Byorn Kuypersi qəbul edib

AFFA prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypersi qəbul edib.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən istinadən xəbər verir ki, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere də iştirak edib. 

Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Onu da bildirək ki, öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Kuypers 2 dəfə dünya (2014, 2018), 3 dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FIFA referisi 1 dəfə Çempionlar Liqasının (2014), 2 dəfə Avropa Liqasının (2013, 2018), 1 dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC