AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers bu gün hakimlərimizə seminar keçib.
Presssport.az xəbər verir ki, açılış mərasimində AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekeer tədbir iştirakçılarını salamlayıb.
Daha sonra çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanda hakimliyin böyük ənənəyə malik məktəbinin olduğunu bildirib. Hacıyev bu il tanınmış hakim Tofiq Bəhramovun 100 illik yubileyinin olduğunu xatırladıb. O, əlavə edib ki, mərhum hakimin parlaq karyerası gənclərə nümunə olmalıdı.
Kuypers seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb. O, azərbaycanlı hakimlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.
2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunduqdan sonra bağlanış mərasimi baş tutub. AFFA rəsmiləri dəvəti qəbul edərək hakimlərimizə seminar keçmək üçün Bakıya gələn Kuypersə təşəkkürlərini bildirib.
Niderlandlı qonağa onun təvəllüdünü əks etdirən milli komandamızın “73 nömrə”li forması hədiyyə olunub.
Tədbirdən sonra media nümayəndələri üçün brifinq təşkil edilib.
Onu da bildirək ki, Kuypers, eyni zamanda UEFA Talant və Mentor Proqramının rəhbəri və hakim-inspektordu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC