Şəmkir Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə yenilənir.
Presssport.az xəbər verir ki, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdı.
II Liqa təmsilçiis “Şəmkir” oyunlarını bu arenada keçirir. Klubdan bildirilib ki, stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə 2015-ci ildə bərpa edilib.
“Nəzərə alsaq ki, bu tip yenilənmələr 5-6 ildən bir aparılmalıdır, uzunmüddətli istifadədən sonra bizim stadionun ot örtüyünün də yenilənməsinə ehtiyac var idi. Buna görə də 18 dekabr tarixində keçirilən “Şəmkir" - “Lerik” oyunundan sonra "Şəmkir" klubunun baş məşqçisi Vüqar Nadirovun təşəbbüsü ilə stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılması barədə qərar qəbul edilib. Meydança tam bərpa edildikdən sonra yenidən istifadəyə veriləcək” - deyə məlumatda bildirilib.
Xatırladaq ki, ikiqat Azərbaycan çempionu olan “Şəmkir” (1999/00 və 2000/01 mövsümləri) Çempionlar Liqasında mərhələ adlayan ilk klubumiz olub. Hazırda komanda öz liqasında 13 oyunda 19 xalla 7-ci yeri tutur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC