Millimizin hücumçusu Renat Dadaşov Polşanın "Radomyak" klubunda debütü uğurlu alınıb.
Presssport.az xəbər verir ki, 26 yaşlı futbolçumuzun yeni klubu “Vidzev”i qəbul edib.
1:1 hesabı ilə yekunlaşan görüşdə 80-ci dəqiqədə oyuna daxil olan Renat bundan cəmi 10 dəqiqə sonra fərqlənməyi bacararaq komandasını məğlubiyyətdən xilas edib.
Onu da bildirək ki, millimizin digər üzvü olan müdafiəçi Rahil Məmmədovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 25 xal toplayan "Radomyak" 23 turdan sonra 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
https://www.youtube.com/watch?v=SyH1CSB3rtg
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC