Sumqayıtda əlamətdar oyun

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Sabah” oyunu hər 2 komanda üçün əlamətdar olub.

Presssport.az xəbər verir ki, Sumqayıtdakı cavab görüşündə 4:0 hesablı qələbə qazanan Bakı klubu kubokda özünün ən böyükhesablı səfər qalibiyyətini alıb. 

Bunadək paytaxt təmsilçisinin səfərdə ən çox fərqlə qalib gəlməsi 2018/19 mövsümünün “Ağsu” ilə görüşünə təsadüf etmişdi – 3:0.

“Sumqayıt” isə kubokda ən ağır ev məğlubiyyətini alıb. Bunadək 2 dəfə 3 top fərqi ilə uduzan komanda 2015/16 mövsümündə 1:4, bir il sonra 2:5 hesabına üzülüb. Hər iki matçda rəqib “Qarabağ” olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC