“Bu möhtəşəm klubda debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm”.
Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi “İnstargam” hesabında yazıb.
Polşanın "Radomyak" klubuna yeni keçən 26 yaşlı hücumçumiz ölkə çempionatının fərqləndiyi XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşma haqqında fikirlərini bölüşüb: "Üç xal qazanmaq istəyirdik. Amma çalışmağa davam edəcəyik və diqqətimizi növbəti oyuna yönəldəcəyik".
Xatırladaq ki, görüşün 80-ci dəqiqəsində meydana daxil olan Renat 90-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edib. "Radomyak" fevralın 24-də Dadaşovu heyətinə qatdığını açıqlamışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC