Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb

Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan”ın yarımfinala vəsiqə qazanması ilə reallaşıb.

Belə ki, adıçəkilən komandalar kubok tarixində ən yaxşı nəticələrinə imza atıb.

Bir mövsümdə 2 klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdı. Son dəfə 2022/23 mövsümündə də indiki kimi 2 komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.

Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC