I Liqanın 16-cı turu çərçivəsində "Difai"ni qəbul edən "Mingəçevir" 1:0 hesablı qələbə qazanaraq həm yendiyi rəqibi, həm də "Qaradağ Lökbatan"ı geridə qoyub və turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib.
Presssport.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Füzuli Məmmədov matçın ardından fikirlərini bölüşüb:
“Oyuna digər matçlara olduğu kimi, ciddi hazırlaşmışdıq. Rəqibi tam şəkildə təhlil etmişdik. Həm rəqib komandanın, həm də ayrı-ayrılıqda oyunçuların mənfi və müsbət cəhətlərini müəyyənləşdirməyə çalışmışdıq. Təbii ki, əvvəlki matçlarını da izləmişdik. Necə oyun qurduqlarını, hansı planla meydana çıxacaqlarını futbolçularımıza çatdırmışdıq. Həftə ərzində rəqibə uyğun hazırlıq keçmişdik. Oyunçularımız meydanda bu qarşılaşmaya hazır olduqlarını göstərdi. Əzmlə, istəklə mübarizə apararaq qalib gəldilər. Demək olar ki, oyun ərzində üstünlük bizdə idi. Uşaqlar 1:0 hesabı ilə qalib gəldi. Komandamızı, azarkeşlərimizi təbrik edirəm. Bu gün azarkeşlərimiz möhtəşəm idi. Bütün oyunlarda tərəfdarlarımızı sevindirmək üçün əlimizdən gələni edirik. Azarkeşlərimiz ”12-ci oyunçu"muzdu, bizə güc və motivasiya verdi. Hər birini təbrik edir, təşəkkürlərimi çatdırıram. Qarşıdakı oyunlarda da onlara qələbə sevinci bəxş etmək üçün bütün bacarığımızı meydanda qoyacağıq".
Xatırladaq ki, “Mingəçevir” bu qələbəylə son pillədən qurtularaq 8-ci yerə yüksəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC