"Qarabağ"ın rusiyalı sabiq qapıçısı Andrey Lunyov öz ölkəsinin mətbuatına açıqlama verib.
Presssport.az xəbər verir ki, hazırda Moskva "Dinamo"sunda çıxış edən təcrübəli qolkiper ölkəmizdəki karyerasının yaxşı keçdiyini vurğulayıb: "Azərbaycanda oynamaq super idi, hər cəhətdən. Həm avrokuboklarda, həm də yerli çempionatda uğurlu mövsüm keçirdik. Həmçinin, ölkə kubokunu qazandıq. Daha da yaxşısını edə bilərdik".
Xatırladaq ki, Lunyov 2023/24 mövsümündə "Qarabağ"ın formasını geyinərək “qızıl dubl” sahibi olub. 34 yaşlı qapıçı Ağdam təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC