Bu gün II Liqanın XIV turu çərçivəsində keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayacaq.
Presssport.az xəbər verir ki, buna səbəb meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmamasıdı.
Belə ki, saat 14:00-a təyin olunan oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olub. Peşəkar Futbol Liqası tərəfindən “Ağdaş”a tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib.
Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC