“Qaradağ Lökbatan”la bağlı bir az problemimiz oldu. Komanda yığılanda, böyük məsuliyyətsizliklər oldu".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Neftçi” İdman Sağlamlıq Mərkəzinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.
Bu qurumun nəzdində olan I Liqa klubu “Qaradağ Lökbatan” keçən mövsüm Premyer Liqaya iddialı olaraq son sonda büdrədiyi halda, bu mövsüm çox uğursuz çıxış edərək, artıq sonuncu pilləyə düşüb. Sadıqov bunun səbəbləri və növbəti mövsümlə bağlı hədəflər haqda danışıb: "Bilirsiniz ki, çempionatın ortasında baş məşqçini dəyişdik, bu posta Amit Quluzadəni gətirdik. Çox gənc mütəxəssisdi, onunla çoxdan münasibətimiz var. Bildiyiniz kimi, “Neftçi”də olanda Amit bizim oyunçu olub. Çox perspektivlidi və inşallah, məşqçi kimi yetişəcək. Bu mövsüm məqsədimiz I Liqada qalmaqdı, oranı tərk etmək deyil. Allahın köməyilə gələn mövsüm yəqin ki, başqa “Qaradağ Lökbatan” görəcəksiniz. Məqsədimiz növbəti sezonda çempion olmaqdı".
Keçən mövsüm Lökbatan təmsilçisinə qarşı haqsızlıqlar oldu. Maraqlıdı, bu, Sadıq bəyi küsdürmədi və onun nəticəsində kluba soyuq yanaşdı?: “Ötən çempionatda gördünüz ki, hakimlərlə, oyunla bağlı bir az problemimiz oldu. Düzdü, hakim də səhv edə bilər. Amma bir komandaya o qədər yox…Doğrudan bir az küsdürdü məni. 1-ci yerə çıxırdıq, Premyer Liqaya da yüksələ bilərdik. Bunun üçün özümüzü çox adapatsiya da eləmişdik. Amma bu, olmadı. İnşallah, inanıram ki, AFFA-da gedən proseslər, klublara ayrılan maliyyə vəsaitinin artımı sayəsində gələn mövsüm yenidən iddialı olacağıq. Düzdür, çətin olacaq belə komanda yığmaq. Görürsünüz də, cəmi 1 legionerimiz var, ona da pul vermirik, bizə kömək edir. Lakin keçən mövsümdə bir neçə legioner və bunun sayəsində keyfiyyət də vardı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC