Qapıçı hücumçunun başna təpiklə vurdu, qulağına 25 tiki qoyuldu

İngiltərə Federasiya Kubokunun 5-ci turunda keçirilən "Kristal Palas" - "Milluoll" matçında (3:1) qorxulu anlar yaşanıb.

Presssport.az xəbər verir ki, matçın ilk hissəsində top uğrunda mübarizə zamanı meydan sahiblərinin hücumçusu Filip Mateta başından ağır zədə alıb.

Belə ki, top uğrunda mübarizə zamanı qonaqların qapıçısı Liam Roberts rəqib hücumçunun başına təpiklə vurub. Nəticədə Mateta yerdə qalıb. 

Həkimlərin müdaxiləsindən sonra dərhal xəstəxanaya çatdırılan futbolçunun sol qulağının yırtıldığı məlum olub. Onun qulağına 25 tikiş qoyulub.

Onu da bildirək ki, bu hərəkətinə görə qapıçı birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC