Şamaxı" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.
Presssport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransına qələbəni şərh etməklə başlayıb.
- Komandamı və azarkeşlərimizi təbrik edirəm. Səfərdə bizi tək qoymadılar, yaxşı dəstək oldular. Çoxdandır ki, bu xalı, qələbəni haqq edirdik. Önəmli oyun idi. Qışdan sonra "Səbail" bircə "Qarabağ"a uduzmuşdu. Mövsümün ikinci yarısına çox yaxşı başlamışdılar. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmadı. Ondan sonra futbolçularım toparlandı, tapşırıqları yerinə yetirməyə çalışdı. İkinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Böyükhesablı qələbə ola bilərdi. Premyer Liqada qalmaq üçün sona qədər biz də mübarizə aparacağıq.
- Bu qələbə gələcək oyunlara komandanı kökləməyə nə dərəcədə təsir edəcək?
- Rəqibimizdən 6 xal irəlidəyik. Qışdan sonra pis oyunumuz olmamışdı. Təəssüf ki, uduzurduq. Sadə səhvlər edirdik. Futbolçularda konsentrasiya yaxşı idi. Müdafiədə yaxşı oynadıq. Qələbə gələcək üçün motivasiyadı.
- İki fərqli hissə izlədik. Niyə ilk hissədə oyununuz alınmadı?
- "Səbail" matça yaxşı başlamışdı. Onlar evdə çox yaxşı oynayır. Cavid Hüseynov gələndən komanda yaxşı planda fərqlənir. Amma qapımız qarşısında təhlükə yox idi.
- Sonuncu səfər qələbənizi sentyabr ayında qazanmışdız. 8 oyun idi ki, səfərdə qalib gəlmirdiz. Bu gün uduzsaydız, sonuncu pilləyə yuvarlana bilərdiniz. Bu qədər yükün altından necə çıxdınız?
- İnanın, bunların hamısını hər gün fikirləşirik. Məşqçilik stressli işdi. Bunu fikirləşsək də, komandaya biruzə verməməliyik. Bəli sonuncu pilləyə düşə bilərdik. Bu gün sonuncu yerdəki komanda da dəyişə bilər. Fərq 4-6 xaldı. Bunu fikirləşib, tam da özümüzü stressə salmırıq. Amma onu da düşünürük ki, hər an sonuncu pilləyə düşə bilərik. Bu qələbə bizi daha da irəli apardı.
- Kapitan sarğısı tez-tez dəyişir. Onu nəyə əsasən dəyişirsiniz?
- Adil anaağıyevlə bağlı məlum olaydan sonrs bixə eni kapitan lazım idi meydançada. Səbayıl Bağırov, Arsen Ağcabəyova güvənmişik. Onlar olmayanda, kapitanlığı Leroy Mikelsə vermişdik. O da olmayanda, sarğını Rafael Məhərrəmliyə veririk.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC