Ehtiram Quliyev avrokubokda Tovuzda oynamaq üçün UEFA-ya müraciət edəcəklərini açıqlayıb: "İstədiyimiz uğurlu nəticəyə çatmağımıza az qalıb"

“Avrokuboka vəsiqə qazansaq, rəqibimizi doğma meydanda qəbul etmək üçün UEFA-ya müraciət edəcəyik”.

Presssport.az xəbər verir ki, bunu “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

O, komandanın avrokuboklara vəsiqə qazanacağına və mövsümü uğurlu nəticə ilə başa vuracağına inandığını bildirib: "Premyer Liqanın 2/3 hissəsi arxada qalıb. Turnir cədvəlindəki mövqeyimiz avrokuboklara düşə biləcəyimizi göstərir. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda istəyimizə çatacaq. İstədiyimiz uğurlu nəticəyə çatmağımıza az qalıb".

Klub rəhbəri Konfrans Liqasına vəsiqə qazanacaqları təqdirdə, rəqiblərini doğma meydanda qəbul etmək istədiklərini söyləyib: "Havalar hələ ki, soyuq keçir. İnşallah, yaxın müddətdə stadionda bəzi işlər görüləcək ki, UEFA-nın standartlarına cavab verən kateqoriyanı ala bilək. Ümidlərimiz böyükdür. Təbii ki, bunun üçün ilk növbədə UEFA Konfrans Liqasına vəsiqəni təmin etməliyik. İstəyimizə çatacağımız təqdirdə, I təsnifat mərhələsindəki rəqibimizi Tovuzda qəbul etmək istəyirik. Bunun üçün UEFA-ya müraciət edəcəyik".

O, Tovuzda tikilən yeni bazanın açılışının yaxın günlərdə olacağını və istifadəyə veriləcəyini vurğulayıb: "Yaxın müddətdə Tovuzdakı yeni bazamız akademiyamızda futbolun sirrlərinə yiyələnən, əvəzedici heyətin və əsas komandamızın üzvlərinin ixtiyarına veriləcək. Bazada artıq son tamamlama işləri aparılır. Açılış mərasimi yaxın günlərdə olacaq və mətbuat işçilərini dəvət edəcəyik".

Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasında 24 turdan sonra 42 xalla dördüncü sırada qərarlaşıb (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC