AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.
Presssport.az xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlara görə ziyana düşüb.
"Zirə" 5 üzvü "Araz-Naxçıvan"la ev oyununda (0:2) sarı vərəqə aldığı üçün 700, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə 2-ci dəfə yaşanır) 500 manat ödəyəcək.
"Kəpəz"lə qarşılaşmada (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 1500 manat cərimə tətbiq edilib. Bununla da adıçəkilən forvard Azərbaycan Kubokunda “Sabah”la hər 2 yarımfinal matçını buraxmalı olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC