Portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldo bu gün Tehranda keçiriləcək "Əl-Nəsr"in "İstiqlal"a qarşı oynayacağı Asiya Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk matçının heyətinə daxil edilməyib.
Presssport.az xəbər verir ki, bundan əvvəl "Əl-Nəsr" təhlükəsizlik səbəbləri ilə bağlı matçın neytral meydançada keçirilməsini xahiş etsə də, Asiya Futbol Konfederasiyası bu tələbi rədd edib və bütün iştirakçıların təhlükəsizliyinin təmin olunacağını bildirib. Səudiyyə Ərəbistanı klubu bu qərarını 2023-cü ilin sentyabrında Tehranda baş verən hadisə ilə əlaqələndirib. Həmin vaxt İran azarkeşləri komandanın qaldığı otelə girməyə cəhd etmişdi.
Onu da bildirək ki, Ronaldonun yoxluğu ilə birlikdə "Əl-Nəsr" həmçinin əsas oyunçularının zədələnməsi ilə üzləşib. Bunlara Ottavio, Laport, Əbdülrəhman Qərib, Əli Ləcami, Əbdulla Əl-Haybari və Sultan Əl-Qənnam daxildir.
Xatırladaq ki, "Əl-Nəsr" və "İstiqlal" arasında cavab oyunu 10 martda Səudiyyə Ərəbistanında baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC