"Şamaxı" Bayıldan inamlı və vacib qələbəylə dönür

Bu gün Misli Premyer Liqasında 25-ci turun oyunları start götürüb.

Presssport.az xəbər verir ki, tur Bayılda autsayderlərin dueli ilə başlayıb.

Belə ki, turnir cədvəlinin sonuncusu "Səbail" özündən 2 pillə irəlidə olan "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsi ilə yekunlaşıb. Bununla da Ayxan Abbasovun komandası “dənizçilər”lə xal fərqini 6-ya yüksəldib və turnri cədvəlində “Sumqayıt”ı keçərək 7-ci pillədə qərarlaşıb. 

3 mart (bazar ertəsi)

17:00. "Səbail" – "Şamaxı" - 0:2 
Qollar: V.Bakiç, 41. A.Tırkoveanu, 63
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov, Namik Hüseynov 
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov 
Bakı. “ASCO Arena”

Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç
Baş məşqçi: Cavid Hüseynov

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC