Hakimlər Komitəsinin sədri "Neftçi" - "Kəpəz" matçındakı mübahisəli epizoda münasibət bildirib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi” və “Kəpəz” arasında baş tutan cavab oyunundakı mübahisəli epizoda münasibət bildirib.

Milli assosiasiyanın mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, o, paytaxt təmsilçisinin futbolçusu Bassalu Sambunun epizodu ilə bağlı danışıb: "Matçın 58-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı Bassalu Sambu topla irəliləyərək, rəqibin cərimə meydançasına daxil olur. Bu zaman “Kəpəz”in üzvü Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi".

Xatırladaq ki, "Neftçi" - "Kəpəz" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC