“Zirə”nin afrikalı futbolçusu Salifu Summanın xidmətində maraqlı olan daha bir klub bəlli olub.
Presssport.az xəbər verir ki, söhbət türkiyə nəhənglərindən olan “Fənərbaxça”dan gedir.
Bu iddianı Qvineyanın “imedias.net” portalı irəli sürüb. Qvineyalı həmkarlarımızın yazdığına görə, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Sumanı sərəncamında görmək istəyir.
Hətta İstanbul klubunun qvineyalı üçün “Zirə”yə 800 min avro ödəyəcəyi də gözlənilir.
Artıq tərəflər arasında ilkin təmasların olduğu və transferin reallaşmaq ehtimalı yüksəkdi. Türkiyə klubu cari mövsümün sonuna kimi bütün məsələləri həll etmək niyyətindədi.
Xatırladaq ki, daha əvvəl Sumanın Bolqarıstanın MOİK klubuna keçmək ehtimalının yüksək olduğu bildirilirdi. 21 yaşlı sağ cinah yarımmüdafiəçisinə “Qrenobl”, “Kayserispor”, “Finiks Risinq” klubları maraq göstərir. Salifunun "Zirə" ilə müqaviləsi 2026/27 mövsümünün sonunadəkdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC