"Səbail" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda "Şamaxı"ya 0:2 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyundan sonra keçirilən mətbuat konfransına məğlubiyyəti şərh etməklə başlayıb.
- Bizim üçün çox vacib oyun idi. Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. İlk hissədə 25 dəqiqə yaxşı futbol oynadıq və hücumar təşkil etdik. Sadəcə, ani diqqətsizlikdən qapımızda qol gördük. İkinci hissədə oyuna nəzarəti itirdik, rəqib bizi bütün komponentlərdə üstələdi. Bu oyundan dərs çıxarmalı, yolumuza davam etməliyik. Qarşıda çox tur var. Çalışacağıq ki, bu yerdən çıxaq. Vəziyyətimizi düzəltmək istəyirik.
- "Qarabağ"la kubok oyununun bugünkü görüşə nə dərəcədə təsiri var idi?
- Yorğunluq var idi. Ramazan ayıdı, 7 futbolçumuz oruc idi, bunu bəhanə etmirik. Sadəcə, kubok bizə sərf etmirdi. Üstəlik, zədəlilərimiz də var. Biz kubok görüşünə çıxmalıydıq. Yorğunluq təsirini göstərdi. Komandanın potensialı var ki, yaxşı yerlərə gəlib çıxsın.
- Premyer Liqada "Şamaxı"da debüt etmişdiz. Həmin vaxt komanda aşağı liqaya düşdü. İndi "Səbail"in düşmək təhlükəsi sizə nə dərəcədə təsir edir? Məşqçi olaraq sizə ziyan ola bilər...
- Bilirəm nədəndi. Siz mətbuat işçiləri səthi yanaşırsınız bu işlərə. Detallara girmirsiniz, üzdən baxırsız. "Səbail"də futbolçuların inkişafı, "Şamaxı"dakı inkişafımız ön planda idi. Orda məşqçi olaraq Premyer Liqadan düşmüşəm. İndi də təhlükə var və bundan çəkinmirəm. İşimizə davam edirik. Komanda futbol oynamağı bacarır. Bu gün müəyyən səbəblərdən futbolçuların performansı yaxşı səviyyədə deyildi.
- Hesab 0:2 olduğu vaxtda stoper dəyişikliyi nəyə hesablanmışdı?
- Meydana hücumçu da daxil etdik, Mirabdulla Abbasovu buraxdıq. Marko Nikoliçi ona görə meydana buraxdıq ki, standart vəziyyətlərdə yaxşı oynamağı bacarır. Həm də uzun ötürmələrlə hücuma çıxmaqda köməyi dəyə bilərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC