Rusiyanın sabiq sərbəst güləşçisi Buvaysar Saytiyev 49 yaşında vəfat edib.
Presssport.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat yayıb.
Mətbuatda yayılan xəbərlərə əsasən, Saytiyev Moskva xəstəxanlarının birində dünyasını dəyişib. O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Sabiq sərbəst güləşçi ağciyər xəstəliyindən əziyyət çəkirdi.
Onu da bildirək ki, Saytiyev 3 qat Olimpiya çempionu olub. O, həmçinin 6 qat dünya çempionatının və Avropa çempionatının qızıl medalçısı olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC