Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün 2-ci yoxlama oyunu keçirib. Presssport.az xəbər verir ki, Samir Abasovun komandası Özbəkistan “Soqdiana”sı ilə üz-üzə gəlib. Oyun "Sumqayıt"ın qələbəsi ilə başa çatıb - 3:1. Təmsilçimizdən İsa Suliman 35-ci, Rövlan Muradov 57-ci, Ayxan Süleymanlı 68-ci dəqiqədə fərqlənib. “Soqdiana” Özbəkistan çempionatının son mövsümü 27 xalla 11-ci pillədə başa vurub. Xatırladaq ki, qış fasiləsində 4-cü pillədə çıxan "Sumqayıt" ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Hermanştadt”a 0:3 hesabı ilə uduzub. Antalya toplanışını başa vuran "gənclik şəhəri"nin təmsilçisi III dövrənin ilk turunda "Qəbələ"ylə səfərdə görüşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC