“Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun "B" qrupunda iki oyun keçirilib.
Presssport.az xəbər verir ki, günün ilk oyununda "NTD-İndiqo” və “Şəki” qarşılaşıb.
Oyun Xaçmaz klubunun 103:63 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"da Murad Babayev (21 xal, 2 ribaund), "Şəki"də isə Pol Dibal (13 xal, 4 ribaund) olub.
Günün ikinci oyunu "Sərhədçi" və "Gəncə" arasında baş tutub. Görüşdə "Sərhədçi"nin 99:63 hesablı qələbəsi qeydə alınıb. Ən məhsuldar basketbolçular "Sərhədçi"də Cəbrayıl Əkbərov (22 xal, 12 ribaund), "Gəncə"də Donovan Filds (13 xal, 1 asist) olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC