Gimnastlarımız "12-ci Cantanhede beynəlxalq açıq yarışı"nda qüvvələrini sınayacaqlar

Aerobika gimnastikası üzrə milli komandanın baş məşqçisi Mariyan Kolevin rəhbərliyi altında gimnastlarımız Portuqaliyaya yollanacaqlar.

Presssport.az xəbər verir ki, Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova, Xədicə Quliyeva 20-24 mart tarixlərində Kantanhede şəhərində təşkil olunacaq "12-ci Cantanhede beynəlxalq açıq yarışı"nda qüvvələrini sınayacaqlar.

Beynəlxalq dərəcəli hakim Lalə Hüseynova da yarışda ölkəmizi təmsil edəcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC