Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların yeri və vaxtı dəqiqləşib.
Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşlər 27 və 29 mart tarixlərində reallaşacaq.
Martın 27-də saat 17:00-da “Murov Az Terminal”ın idman zalında MOİK və “Neftçi” görüşəcək. Eyni saatda "Azərreyl" və “Murov Az Terminal” Voleybol Mərkəzində mübasibətlərə aydınlıq gətirəcəklər.
Martın 29-da “Murov Az Terminal” MOİK-i sınağa çəkəcək. Bu qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Azərreyl" 41 xalla liderdi. “Murov Az Terminal” 31 xalla 2-ci, "Neftçi" 22 xalla 3-cü pillədə qərarlaşıb. Çempionatda çıxışlarını dayandıran komandalardan “Xarı Bülbül Şuşa”nın 16, “Xarı Bülbül Laçın”ın 4 xalı var. Sonuncu sıradakı MOİK-in xalı yoxdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC