Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Presssport.az xəbər verir ki, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrossmeysterimiz məğlub olub - 0:1.
Hər iki şahmatçı arasında keçirilən əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.
Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC