Yunan-Roma güləşi üzrə üçqat dünya, ikiqat Avropa çempionu Eldəniz Əzizli futbolla bağlı danışıb.
Presssport.az xəbər verir ki, 32 yaşlı güləşçi Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bu idman növünə olan marağı barədə danışıb.
Eldəniz "Qarabağ"ın uğurlarına çox sevindiyini desə də, "Neftçi"nin onun üçün daha əziz olduğunu gizlətməyib.
O, həmçinin ilk beynəlxalq yarışa dayısı, “Səbail”in baş məşqçisi olan tanınmış futbol mütəxəssis Şahin Diniyevin pulu ilə getdiyini də deyib: “Güləşi seçməsəm, futbolu seçərdim. Futbolçu olsaydım, İnyestanın, Xavinin mövqeyində oynamaq istəyərdim”.
https://www.youtube.com/watch?v=CXSXr5OSAqA
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC