Minifutbol üzrə ölkə çempionatında 2023/24 mövsümünə yekun vurulub. Presssport.az xəbər verir ki, müxtəlif nomasiyada ən yaxşılar mükafatlandırılıb.
Belə ki, “Birbaşa Bakı”ın üzvləri - Vəli Qafarov mövsümün ən yaxşı qapıçısı, Təmkin Xəlilzadə ən yaxşı futbolçusu adına layiq görülüb. Çempionatın ən məhsuldar futbolçusu isə 26 qolla “Zirə”nin futbolçusu Rəvan Kərimov olub.
Qafarova mükafatı “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib. Xəlilzadəni Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov mükafatlandırıb. Kərimov isə mükafatını AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevdən alıb.
Xatırladaq ki, ardıcıl 2-ci mövsümdü çempion “Birbaşa Bakı” olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC